Dulusçuluq-gilin xüsusi formaya salınması və xüsusi bişirilməsi ilə bağlı olan peşədir və yaranışını mütəxəssislər Neolit dövrünə aid edirlər.

Maraqlıdır ki, bu sənətin ilk dəfə meydana gəlməsində qadınların xüsusi əməyi olub. Deyilənə görə, bu işlə əvvəllər qadınlar məşğul olublar.

9Dulusçuluq sənəti nümunələrinin “xəmiri” torpaqdan yoğrulur. Həmin dövrlərdə isə kişilər torpaqdan “xəmir yoğurmaq” kimi əl əməyi ilə məşğul ola bilməzdi .

Gildən qab-qacaq düzəltmək kimi ağır işlərin qadınlar tərəfindən görülməsi o dövrlər üçün adi hal sayıla bilər.

2 (1)Qala kəndinin sakini Xalid Şabanov 10 ildir ki, dulusçuluq sənəti ilə məşğul olur. O, bildirib ki, burada əl əməyi əsas rol oynayır. Ona görə də gənclər bu sənətə çox az maraq göstərirlər, əziyyətli işdən qaçırlar.

6Xalid usta eyni zamanda qeyd edir ki,  keyfiyyətli saxsı qab hazırlamaq üçün gərək yaxşı material əldə edəsən. Bəzən isə kefiyyətdi material tapmaq çətin olur.

Saxsı qabın hazırlanması bir neçə mərhələdən ibarətdir. Əvvəlcə gil əllə yaxşıca yoğurulur. Bu işi palçıq ustası yerinə yetirir. Proses iki-üç saatadək davam edir.

11

Yoğurulmuş gil kiçik kündələrə ayrılır. Daha sonra palçıq kündə ayaqla fırladılan çarxın üzərinə qoyulur və usta ovcunun, əl barmaqlarının köməyi ilə gil parçasını saxsı qaba çevirir. Zövqə uyğun olaraq bu qablara müxtəlif forma vermək, kənarlarına naxış vurmaq mümkündür. Hazırlanmış saxsı qablar bir neçə gün qurudulduqdan sonra kürədə bişirilmək üçün yığılır.