Qardabani bələdiyyəsinin Nəzərli kəndi, Marneuli bələdiyyəsinin Mollaoğlu və Xüldərə kəndlərini birləşdirən iki əsas cəhət var: hər üç kəndin sərhəd kəndi olması və hər birində gənclər tərəfindən yaradılan ictimai mərkəz və kitabxanalar. Nəzərli kənd sakini 20 yaşlı Elcan Hacıyev öz evində yaratdığı kiçik kitabxananı kənd sakinləri ilə könüllü şəkildə bölüşür. Elcan həmçinin Düşünən Vətəndaş adlı təhsil mərkəzinin də idarə heyətinin üzvlərindən biridir.

Xüldərə kənd sakini 26 yaşlı Kamran Əfəndiyev isə kiçik sərhəd kəndində öz qarajını ictimai mərkəzə çevirərək kənd sakinlərinin ixtiyarına verib. Hal-hazırda kənd gəncləri və məktəb uşaqları bu mərkəzdə oxuduqları müxtəlif kitabları müzakirə üçün yığılır, həmçinin mərkəzdə müxtəlif təlimlər də təşkil olunur.

Ariz Daşdəmirli də digər sərhəd kəndi olan Mollaoğlu da uşaqların sevimli müəllimlərindən biridir. Uşaqlar həftənin sonu məktəbin bir otağına yığışaraq oxuduqları müxtəlif kitabları Ariz ilə müzakirə edirlər.

Daha ətraflı videonu izləyin.