Ağ evin fotoqrafları, Amerika prezidenti Riçard Niksondan tutmuş Barak Obamaya qədər olan dövürdə çəkdikləri sevimli foto və yaşadıqları hadisələri insanlarla paylaşmaq qərarına gəliblər.

Amerikanın yeni seçilmiş prezidenti Donald Trump artıq öz vəzifəsini həyata keçirməyə başlayır, bu səbəbdən The Time (http://time.com/) “Ağ ev”in 12 fotoqrafından prezidentlərlə keçirdikləri maraqlı anları onlarla paylaşmağı istəyib.

Corc Buş (2001-2009)

Fotoqraf Christopher Morris: “2004-cü il Dekabr ayında “Ağ ev” məni  Marina-1 helikopteri vasitəsilə prezident Corc buşla birlikdə onun illik tibbi imtahanına görə səyahətə fotoqraf təyin etdi, bu mənim üçün yaxşı imkan idi. İstirahət günlərində prezident İraq müharibəsində yaralanmış əsgərlərlə və onların ailəsiylə görüşür, mən də onun fotolarını çəkirdim.

Günün sonu idi, prezidentin maşının siqnal səsini eşitdim və ora doğru getdim. Maşında prezident ilə diz-dizə oturmuşduq. C.Buş gün ərzində əsgərlərlə birlikdə çəkdiyim fotolar barədə danışmağa başladı və dedi ki: “Mən onlarla görüşürdüm, baş çəkirdim, ona görə ki, onları ora mən göndərmişəm. Xahiş edirəm daha artıq foto çəkmə”. Beləliklə, həmin gün ondan sonra foto çəkmədim.”

U.S. President George W. Bush on board Marine One.

Barak Obama (2009-2016)

Fotoqraf Callie Shell: “Bu fotonu Ağ evdə 2009-cu il Fevralda çəkdim. Məncə,foto prezident Obamanın xanımına olan sevgisini göstərməyi bacarır. Düşünürəm, güclü prezidentin yanında onlar da güclüdür. Birinci xanım ona hər işində, hətta gülməkdə belə kömək edir.”

President Barack and First Lady Michelle Obama hold their first formal affair, the Governor's Ball, at the White House in Washington, DC. 20090222. Photo by Callie Shell/Aurora For Time. *FINAL RETOUCHED FILE* Please contact photographer for usage

Bill  Clinton (1993-2001)

Fotoqraf Diana Valker: “1998-ci il, prezident B.Klintonun ictimai qəbulundan əvvəl onların Afrika ölkələrinə uzunmüddətli səfəri gözlənilirdi. Günün sonu Botsvanada mən, xanım Klintonun mətbuat katibi ilə olan söhbət üçün prezidentin gəmisində idim. Bir az keçəndən sonra onlardan aralandım və göyərtədən bir az kənarda xanım Klintonun Bill Klintonla əyləşdiyini gördüm. 

B.Klinton onun saçlarını tumarlayırdı, gözəl görüntü idi. Kameramı götürüb onları çəkmək qərarına gəldim. Ən yaxşı şəxsi və maraqlı görüntü idi.”

President Clinton and the First Lady on a cruise on the Chobe River, Botswana, March 30, 1998.

 

Corc H.W Buş (1989-1993)

Fotoqraf David Valdez: “Bu foto 1987-ci ildə Bobbi Bakerin “Life” jurnalı üçün çəkilib. Birinci dəfə tətil zamanı C. Buşa ailəvi çəkiliş üçün müraciət edən zaman o, “yox” cavabını vermişdi. Buna baxmayaraq mən Barbara Buş ilə Bobbi Bakerin təklifi haqqında danışdım, o, razı oldu. Barbara Buş səhər onlara gəlməyimi və nə baş verdiyini görməyi təklif etdi. Səhər 6-da onların evində idim, onların nəvələri artıq oyanıb onların ətrafına toplaşmağa başladı və bu görüntü alındı. C. Buş hər zaman nəvələri və övladları ilə fəxr edirdi.”

george-hw-bush-david-valdez

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Ronald Regan (1981-1989)

Fotoqraf Pete Souza: “Bu foto 1988 ci ildə yuxarıdan quraşdırılan kamera vasitəsilə çəkilib. Mən hər zaman prezidenti çəkdiyim zaman ən yaxşı foto bucaq barədə düşünürdüm və belə formada şəkil çəkmək qərarına gəldim. R.Regan çox formal insan idi, heç zaman iş geyimini soyunmazdı, əgər, həftə sonu deyilsə.”

Scan Image 546565445