“Avtostopla Hindistana getməyə başladıq və Türkiyə şəhərlərini keçdik. İlk dayanacağımız İran oldu. Cibimizdəki 10 dollar  ilə səyahət…”

Müsahibimiz 23 Tural Nəsibli ofisiant kimi işləyib pul toplaması və avtostopla foto çəkmək üçün Hindistana səfərindən danışır:

 “Şəkil çəkmək mənim üçün çox şey ifadə edir, çünki çəkdiyim şəkillərdəki insanlarla söhbət etməyi, onların həyatlarını, problemlərini dinləməyi sevirəm. Hər nə qədər paylaşımlarda çox görünməsə də, insanlarda kədər görürəm. Çox az sayda xoşbəxtliyi göstərən şəkillər olur. İnsanlarla əlaqə qurmağı, söhbət etməyi və onlarla dost olmağı bacarsan, şəkil çəkmək çox rahat olur.”

“Gün ərzində 13-17 saat işləyirdim”

3

“Universitetin sonuncu kursunda oxuyurdum və pulsuz vaxtlarım idi. Universitet yoldaşlarımın foto üzrə işlədiklərini söhbət əsnasında öyrəndim. Mənə iş təklifi edən “Atlas” dərgisinə getdim, amma sonra fikrim dəyişdi. Ofisiant kimi fəaliyyətə başladım. Gün ərzində 13-17 saat işləyirdim. 5-6 gün keçdikdən sonra qazandığım pulu necə xərcləyəcəyim barədə düşündüm və qərara gəldim ki, Hindistana səfərə çıxım, amma 10 gün sonra işi yaxşı bilmədiyim üçün işdən qovuldum. Proses belə davam etdi, yenə işə çağrıldım və Ertac adlı yaxın dostum  mənə hər şeyi öyrətdi. 2 ay ofisiant kimi fəaliyyət göstərdim, amma artıq səfərə hazırlıqlar başlamışdı. Hindistana viza və digər məsələlər. Səfər vaxtı Mehtap adında biri də Hindistana gedirdi və qərara gəldik ki, yolumuza birlikdə davam edək. Avtostopla Hindistana getməyə başladıq,  Türkiyə şəhərlərini keçdik ilk dayanacağımız İran oldu.

“10 dollar pul ilə səyahət”

2

Təbrizə çatdıqdan sonra viza masterin işləməsi xəbərini öyrəndik, amma orda qalan dostlar bizə orda qalmaqda və yemək məsələlərində kömək etdi, Tehrana getdik. Tehranda təyyarə ilə Pakistana vizamız olmadığı üçün birbaşa təyyarə ilə Hindistana uçduq. Hindistan elə bir yerdir ki, insanlar turistlərlə yaxınlaşıb şəkil çəkdirmək istəyir, amma etiraf edim ki, İranda şəkil çəkmək çox çətin idi. Hər kəs sənə baxır və bu da problem yaradır.

Hindistanda bağlı bir neçə pis xatirə..

  • Hindistanda bütün maşınlar dayanmadan siqnaldan istifadə edir.
  • Hindistanın çox pis qoxusu var.
  • Hindistanda insanlar dayanmadan səninlə şəkil çəkdirmək istəyir.
  • Hindistanda insanların çox ac olması
  • Hindistanda belə bir qayda var: “Əgər, cəmiyyət içərisində öpüşmüsənsə, bu ayıbdır. Yolun ortasında ayaqyoluna getməyin isə normal.” (Hər an bu mənzərəylə qarşılaşa bilərsiniz)
  • Yeməkləri çox acıdır. Almanı belə bibərlə yeyirlər.

Hindistana səfər zamanı Tehranda təyyarəyə minməyə gecikdik və mən polislərin əlindən qaçıb təyyarənin qapısını bağlamağa çalışan işçilərə yalvardım ki, təyyarəyə daxil olmağıma icazə versinlər. Bir neçə dəqiqə yalvarışdan sonra təyyarənin kapitanı gəldi və onunla söhbət etdik, düşünürdüm, mənimlə səfər edən dostum içəridədir, ancaq sonra aydın oldu ki, o da gecikib, amma məsələni həll etdik.
4
“Həyatımda ilk dəfə mindiyim təyyarəni saxladım”

Hindistandan sonra Nepala, sonra təkrar Hindistana qayıdıb Tailand, İndoneziya və Yaponiyaya avtostopla səyahət etməyi planlaşdırıram. Hindistanda avtostop çəkməyə ehtiyac yoxdur, bir şəhərdən digərinə getmək üçün qatarlara “qaçaq” formasında minirəm, bileti soruşduqları zaman ya olmadığını, ya da internetden aldığımı deyirəm və beləliklə başqa şəhərə keçirəm..