Mənim etdiyim səhvi siz də etməyin. Əsəri oxumadan bu Muzeyə getməyin.

Muzey bütün əşyadır. Bir qadına aid siqaret kötükləri, ayaqqabı, diş fırçası, atılmış dondurma, yarımçıq qalan rakı..

Bəli, hər şey yalnız bir qadına aiddir.

İstanbuldakı ikinci günümə Firuzağa məscidi yaxınlığında olan yerləri gəzmək qərarı ilə başlamışdım. Gəzdiyim vaxtı da “Masumiyyet Muzesi” yazısını görən vaxtı muzeyin diqqətimi cəlb etmədiyini deyə bilmərəm. Hər şeyi bir kənara qoyaraq 5 dəqiqəlik də olsa ora baş çəkmək qərarına gəldim. İstanbulda ilk dəfə tək gəzdiyim üçün bir az mənə çətin idi, amma maraqlı idi. Muzeyi tapmaq mənim üçün elə də rahat olmadı, insanlardan soruşa-soruşa muzeyin yolunun üstündə tarixi əşyalar satan bir kiçik mağaza gördüm, elə maraqlı söhbət də burdan başladı.

Mağazaya daxil olanda əşyalar diqqətimi cəlb etdiyi üçün satıcı ilə söhbətə başladım. İstanbul məni o qədər valeh etmişdi ki, həyatımdakı bütün xırda problemləri belə unutmuşdum. Telefonu kənara qoyaraq gülümsəyərək ancaq gəzmək, insanlarla söhbət etmək istəyirdim. Satıcı ilə də belə danışmağa başladıq. Muzeye gəldikdə isə söhbət satıcını bir az açmadı..Buna baxmayaraq ikimiz üçün də qəhvə hazırladı və söhbətə başladıq. İlk olaraq mənə ora getməyi məsləhət bilmədi.. Hadisəni yalan adlandırdı. Əsərin qəhrəmanı Kemal Basmacının bir qıza görə nişanlısından ayrılmasını, sonra həmin qızın evlənməsinə baxmayaraq ailəli ola-ola evlərinə gedib gəlməsini, onu da ərindən ayırmasını tənqid etdi.. və hətta həmin hadisə baş verən vaxtı orda olsaydı, onu namussuz olduğuna görə öldürə biləcəyini də dedi. Nə isə, artıq söhbət bir-birinə qarışırdı deyə mağazanı tərk edərək yoluma davam etdim.

Və budur qarşımda həmin muzey!

“Hayatımın en mutlu anıymış, bilmiyordum. Bilseydim, bu mutluluğu koruya bilir, her şey de bambaşka gelişebilir miydi? Evet,bunun hayatımın en mutlu anı olduğunu bilseydim, asla kaçırmazdım o mutluluğu.”

Bu mənim sözlərim deyil, əsər belə başlayır!

Muzeyə daxil olanda bir az peşman olmuşdum. Oxumadığım kitabın, bilmədiyim hekayənin içinə girmişdim. Ətrafa baxaraq heç nə başa düşmürdüm. Kemal kimdir, Füsun kimdi, nə baş verir.

Ətrafa baxanda başa düşmək olurdu ki, bu Kemal kimdirsə, Füsuna dəlicəsinə aşiq olaraq onun bütün əşyalarını toplayıb. İnsan sadəcə aşiq olub, hətta ona görə rəzil olmaqdan da çəkinməyib. Axırda da qovuşandan bir neçə gün sonra qızı qəzada itirib.

“Keskinler’e gidib sofralarına oturduğum 8 yılda, Füsunun 4213 adet sigara izmaritini saklayıp biriktirdim.”

 

Muzeyi tərk edən kimi kitabı aldım, hadisənin o qədər içində idim ki, 2 gün evdən çölə çıxmadan onu bitirdim. İstanbul məni ayrıca valeh etmişdi, bu da ayrıca valeh etdi.

Kitabın içində oxuyucu üçün bir girişli bilet də qoyulub.  Əsəri oxuduqca muzeydə gördüklərim beynimdə birləşərək elə qeyri-adi mənzərə yaranmışdı ki. Sözlə ifadə ediləsi deyil.

Bu cür sevmək anormallıqdır, yoxsa nə? Mən belə sevə bilməzdim, sevə bilmərəm də.