Paulina Gora
 həvəskar rəssam və təhsilli qrafik dizaynerdir. Rəsm dəzgahında vaxt keçirəndə özünü çox yaxşı hiss etdiyini bildirir.

Niyə ancaq “oyuncaqlar”?

Bu mənim hisslərimdən irəli gəlir və çəkdiklərim şəxsi stilimi təsvir edir.  Formanın, şəklin özünün də məhdud əhəmiyyəti var. Təsvir olunan şəkillərdə göstərilənlər mənim insanlara vermək istədiyim mesajların bünövrəsidir.

foto3Niyə “art?”

Mən artı sevirəm.  Art düşüncələrin, fikirlərin, nitqin azadlığıdır. Bu sənin özünü ifadə edir, hekayəni danışır, düzdür, cüzi səslənir, amma belədir. Mənim üçün bəzən hisslərimi və əhvalımı göstərmək çətin olur. İş prosesinə başlayan zaman tez bir zamanda insanın ağlına müxtəlif  ideyalar gəlir, lakin bu həmişə baş vermir. Mən tez-tez kortəbii şəkillər çəkirəm.

foto5Sizcə, rəssamın ictimaiyyətdə rolu nədən ibarətdir?

Bu rəssamların özündən asılıdır. Onlar insanlara öz hisslərini, sevgilərini kəşf etməkdə kömək edə bilər. Art yalnız dekorativ alətlər deyil, art  sizdə olan əks təsirləri itələyir və xoş təəssüratlarla ürəyinizə doğru yaxınlaşır.

foto7Xanım Paulina, bu şəkildə nə demək istəyirsiniz?

Mən bu şəkildə indi üçün vermək istədiyim mesajı gizlətmişəm, ancaq  içərimizdə olan bəzi məhdudiyyətlər barədə olan xırda elementləri deyə bilərəm. Bu stereotip və qorxuların fərdi tərbiyə əhəmiyyətinə ünvanlanır.

-Gələcək üçün nə kimi planlarınız var?

Mən hələ bu barədə tam fikirləşməmişəm, ancaq böyük proyekt həyata keçirə bilərəm.  Hər yeni rəsm mənim üçün gözəl işdir.

Son olaraq, gənclərə də onu demək istəyirəm ki, çəkdikləri rəsmlər üzərində çox işləsinlər və asanlıqla əl çəkməsinlər, kreativ olmağa çalışsınlar. Daxildən gələn səslərinə qulaq assınlar və  tənqiddən qorxmasınlar.