Avropa Tələbə Psixoloqlar Assosasiyalar Federasiyası (European Federation of Psychology Students Assosiasion-EFPSA) 1987-ci ildə Portuqaliyada yaranıb. EFPSA 33 ölkəni və 11000 nəfər gənc psixoloqu əhatə edən ümumavropa təşkilatıdır. Təşkilatın əsas məqsədi isə gənc psixoloqlar arasında şəbəkə yaratmaqla onlar arasında elmi, təcrübi və mədəni mübadiləni həyata keçirməkdir. Təşkilatın fəaliyyət istiqamətlərinə müxtəlif təlimlər, yay məktəbləri, konfranslar, araşdırma layihələri, mübadilə proqramları və s. daxildir.

Talktime.az-ın bu dəfəki müsahibi Avropa Tələbə Psixoloqlar Assosiasiyası Federasiyasının Azərbaycan Respublikası üzrə Milli Nümayəndəsi Aidə Səlimovadır.

İlk dəfə Azərbaycan bu təşkilatda 2009-cu ildə Türkiyədə keçirilən milli nümayəndələrin görüşündə iştirak edib və müşahidəçi ölkə kimi təşkilata qoşulub. 2010-cu ildən isə təşkilatın üzv ölkələrindən biri olmuşuq. Bu günə qədər təxminən 30-dan çox Azərbaycanlı gənc bu təşkilatın müxtəlif tədbirlərində iştirak edib. “Gənc Psixoloqlar” ictimai birliyinin sədri Orxan Oruc və baş katibi Rövşən Hümbətovun iştirak etdiyi, Çexiyada keçirilən 29-cu konqresdə ölkə olaraq namizədliyimiz irəli sürüldü və 32 ölkənin hər birindən bir milli nümayəndinin iştirak etdiyi gizli səsvermə prosesində EFPSA-nın ən böyük tədbiri olan, 350 nəfər gənci bir araya toplayan illik ümumavropa konqresinin 31-cisinin, yəni 2017-ci ildə Azərbaycanda keçirilməsi haqqını qazandıq. Bu il isə 1-8 may tarixində Portuqaliyanın Vimeiro şəhərində keçirilən 30-cu konqresdə 16 nəfər azərbaycanlı gənc olaraq ölkəmizi təmsil etdik.

ai

Həm ilk tədbir olması, həm də gələn il konqresin Azərbaycanda keçirilməsi məsuliyyətimi ikiqat artırmışdı.

Orda olduğumuz müddətdə bizə gələn ilki tədbirə hazırlıq məqsədilə konqresin təşkilati işləri ilə bağlı müxtəlif təlimlər keçirildi. Həmçinin, biz Portuqaliyanın, və bir sıra ölkələrin professorlarının təlimlərində də iştirak etdik. Misal olaraq, Kolumbiya Universitetindən professor assistantı Daniel Salzman, İsveçin Mid Sweden Universitetindən professor Francisco Esteves, Hollandiyanın Radboud Universitetinin dekanı Daniel Wigboldus, Almaniyanın Goethe Universitetinin professoru Dieter Zapf və digərləri. EFPSA-nın daxili idarəetmə qaydalarına əsasən hər il ölkələr üzrə təmsil olunan yerli təşkilatlarla əlaqələndirici şəxslər yenilənir. Məndən əvvəl bu vəzifədə ayrı illərdə Orxan Oruc və Rövşən Hümbətov çalışıb. Bu il yeni seçkilərdə isə mən təyin edildim. İdarəetmə qaydalarına görə EFPSA-ya daxil olan hər ölkədən bir nəfər bu vəzifəyə seçilir və onlar üçün ayrıca təlimlər keçirilir. Bu təlimlərdə həmin şəxslərin öz ölkələrində EFPSA ilə bağlı görəcəyi işlərin məzmunu və s. barədə məlumatlar verilir. Azərbaycana qayıtdıqdan sonra Milli Nümayəndə olaraq mən də tez-tez təşkilat komitəsi ilə əlaqə saxlayır, gördüyüm işlər barədə hesabat verirəm. Hər ayın bir günü isə Milli Nümayəndələr və konqresin təşkilat komitəsi ilə “Skype meeting”lərimiz olur. Təbii ki, ölkəmizdə keçiriləcək həm 31-ci konqresin təşkilat komitəsində çalışmaq, həm də Milli Nümayəndə olaraq ikiqat məsuliyyət daşıyıram.

Azərbaycana qayıtdıqdan sonra artıq yavaş-yavaş gələn ilki konqresə hazırlıq işləri görürük.

Ümumiyyətlə, bizdə kifayət qədər mütəxxəssislər, təşkilatı məsələləri böyük həvəslə yerinə yetirməyə maraqlı olan gənclərimiz var. Bizim üzərimizə düşən isə komanda şəklində işləmək, vəzifəmizi layiqincə yerinə yetirməkdir. Konqresə qoşulmaq üçün elektron müraciət formasını doldurmaq kifayət edir. Tədbir bizim ölkəmizdə keçiriləcəyi üçün 40-50 nəfər yerli iştirakçının qatılması şansı var. Xüsusi bir kriteriya olmasa da, psixologiya elmi ilə əlaqəli olmaq, xüsusi marağa sahib olmaq əsas tələblərdən biridir.